"Nobel" prospektində qəza: "Mercedes" ağacı kökündən çıxardı
Paytaxtın Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Nobel" prospektində "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib, yol kənarındakı maneəyə çıxaraq ağaca dəyib. Yolun kənarındakı ağacı kökündən çıxaran avtomobilə də ciddi ziyan dəyib. Avtomobil dərhal evakuatorla ərazidən uzaqlaşdırlıb. APA TV-nin əməkdaşları çəkiliş apararkən sürücü hadisə yerində olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib