Türkiyədə qadınlar hərbi xidmətə yollanacaq
Türkiyədə qadınlar könüllü olaraq hərbi xidmətə gedəcək. APA TV-nin Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu təklif Türkiyə Müdafiə Nazirliyi və Baş Qərargahın ölkədə hərbi xidmətlə bağlı üzərində çalışdığı islahatlar paketində yer alıb.
Qadınlar üçün könüllü əsgərliyin daha qısa müddəti əhatə etməsi nəzərdə tutulur. Həmin müddətdə qadınlara əsgərliklə bağlı əsas təlimlər keçiriləcək.
Qeyd edək ki, hazırda Avstriya, Danimarka, Finlandiya, İsveçrə, Litva və Yunanıstanda qadınlar könüllü əsgərlikdə ola bilirlər. Norveç 2015-ci ildə qadınlar üçün məcburi hərbi xidmətlə bağlı qanun qəbul edib. İsraildə isə qadınlar 2 il məcburi hərbi xidmətdə olmalıdırlar.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı