Türkiyədə terrora hazırlaşan 6 İŞİD üzvü tutuldu
Türkiyədə bomba yüklü maşınla partlayış törətməyi planlaşdıran 6 İŞİD üzvü tutulub. APA TV-nin DHA-ya istinadən verdiyi məlumata görə, Gaziantep polisinin keçirdiyi əməliyyat nəticəsində öncə bomba yüklü maşınla partlayış törətmək planı olan terrorçulardan 4-ü tutulub.
Polis şöbəsində dindirilmə zamanı onların İŞİD-in sıralarında xüsusi təlim keçdikləri və terrorçu-kamikadze kimi yetişdirildikləri məlum olub. Tutulanların verdiyi ifadələr əsasında polis daha iki nəfəri saxlayıb.
Eyni zamanda terrorçuların dindirilməsi zamanı məlum olub ki, onlardan biri keçən ilin noyabrın 10-da Ankarada baş verən partlayışın planlaşdırılmasında yaxından iştirak edib.
Saxlanılanlar məhkəməyə çıxarılaraq həbs ediliblər.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı