İntensiv yağışlar başlayır, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Martın 29-da Bakıda fasilərlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 8-12 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
Martın 29-da Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi, yağışın bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.
Martın 29-30-da Abşeron yarımadasında küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı