Lerikdə 18 yaşlı gənc özünü güllələyib
Lerik rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Livədirqə kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Elcan İzzət oğlu Zahidov ov tüfəngini təmizləyərkən tüfəng açılıb və güllə ona dəyib.
Nəticədə Elcan Zahidov yaralanıb. O, sağ çiyin qurşağının dəlib-keçən güllə yarası diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin həyata keçirdikləri müvafiq tibbi tədbirlərdən sonra Elcan Zahidovun vəziyyəti stabilləşib.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı