Həftəsonu Bakıda yağışlar yağacaq
Yaxın 2 gün ərzində Bakıda və Abşeron yarmadasında hava şəraitinin soyuq, yağışlı, küləkli keçəcəyi proqnozlaşdırılır. Arabir güclənən şimal şərq küləyi əsəcək. APA TV-nin xəbərinə görə, havanın temperaturu 12-16 dərəcə isti təşkil edəcək.
Bölgələrimizdədəd yaxın iki gün ərzində yağış yağacağı şimşək çaxacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında 14-18 dağlıq rayonlarda isə 4-9 dərəcə isti təşkil edəcək.
Yaxın iki gün ərzində Bakıda və Abşeron yarmadasında temperaturun iqlim normasından aşağı olmasına baxmayaraq, oksigenlə zəngin hava şəraiti metohəssas insanlar üçün əsasən əlverişli olcaq.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib