Azərbaycanın tanınmış müğənnisinin bankda 200 min dolları batdı
Azərbaycanın məşhur müğənnilərindən birinin bankda 200 min dolları batıb. APA-ya bu barədə müğənninin özü bildirib. Yaqub Zurufçu bildirib ki, bununla bağlı əlaqədar təşkilatlara müraciət etsə də, nəticəsi olmayıb.
“Royal Bank” ASC-nin ləğvedicisi olan “Azerbaijan İnternational Consultinq Company” MMC-nin direktoru Natiq Yusifoğlu isə APA-ya açıqlamasında bildirib ki, adıçəkilən bank 2012-ci ilin avqust ayından iflas prosesindədir. O qeyd edib ki, Yaqub Zurufçu əmanətinin müəyyən hissəsini alıb. Hazırda isə “Royal Bank”ın əmanətçilərinə əmanətləri tam qaytarmağa maddi vəsaiti yoxdur. Qanuna əsasən, tranşla vəsait yığıldıqca, əmanətçilər arasında bölüşdürülür. Ona görə də ləğvedici tərəfindən verilmiş kreditlər üzrə yığımlar toplanılır, toplandıqca da hər kəsin, eləcə də Yaqub Zurufçunun əmanətinin müəyyən hissəsi ödənilib. Müəyyən zaman daxilində bütün ödənişlər başa çatdırılacaq. O əlavə edib ki, qeyd olunan məbləğin hamısı ödəniləcək, lakin proses hissə-hissə həyata keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı