Vaşinqtonda Obama-Ərdoğan görüşü baş tutdu
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında görüş olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, 50 dəqiqə davam edən danışıqlar zamanı ölkələr arasındakı münasibətlər, regional təhlükəsizlik, terrorla mübarizə və qaçqınlar problemi müzakirə olunub.
Müzakirələr zamanı Barak Obama Türkiyənin Diyarbəkir vilayətindəki terror hücumu zamanı həlak olanlara görə Ərdoğana başsağlığı verib, yaralılara şəfa arzulayıb. O, eyni zamanda terrorla mübarizə məsələsində Türkiyənin dəstəyini yüksək dəyərləndirib. Eyni zamanda tərəflər İŞİD-lə mübarizədə birgə səylərin artırılması məsələsində ortaq mövqe ifadə ediblər.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı