Hərbi maşın dərəyə yuvarlandı: 1 ölü, 1 yaralı
Azərbaycanda hərbi maşın dərəyə yuvarlanıb, ölən və yaralanan var
Hadisə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “Ural” markalı yük maşını dərəyə yuvarlanıb.
Nəticədə sürücü, müddətdən artıq xidmət edən hərbi qulluqçu, 39 yaşlı Məmməd Hüseynov yerindəcə keçinib.
Maşında olan əsgər İlkin Orucov isə müxtəlif bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib