Toydan qayıdanda qəzada öldülər - FACİƏ
Kürdəmirdə toydan qayıdan avtomobil yük maşını ilə toqquşub, 2 nəfər ölüb, 3 azyaşlı xəsarət alıb. APA TV-nin xəbərinə görə, hadisə Çöhranlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Umudov Elşad Müslüm oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil Sığırlı kənd sakini Gulağa Fərzəliyevin idarə etdiyi “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə “VAZ-2106”-da olan sərnişinlər Zülfüqar Zeynalov və sürücünün anası, 1940-cı il təvəllüdlü Zeyvə Ağasalı qızı Umudova aldıqları xəsarətdən ölüblər. Sürücü E. Umudov və onun azyaşlı övladları - 2008-ci il təvəllüdlü Şükür, 2009-cu il təvəllüdlü Müslüm, 2005-ci il təvəllüdlü Sahil, həmçinin 1971-ci il təvəllüdlü Hüseynov Səyyad müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. S.Hüseynov və Sahil Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib