Oğlunu və baldızını bıçaqladı - AİLƏ MÜNAQİŞƏSİ
Azərbaycanda 48 yaşlı kişi oğlunu və baldızını bıçaqlayıb. Hadisə oktyabrn 9-da axşam saatlarında, Siyəzən rayonunda qeydə alınıb. Rayon sakini, 48 yaşlı Çingiz Nuriyev oğluna və baldızına bıçaqla xəsarət yetirib. Nəticədə 18 yaşlı Dəyanət Nuriyev və 45 yaşlı Xavər Qoçalıyeva bədənin müxtəlif nayihələrinin kəsilmiş-deşilmiş yaraları ilə Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə gətirilib. Tibb müəssisəsindən APA TVya verilən məlumata görə, yaralıların heç birinin həyatı üçün təhlükə yoxdur.
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları keçirdiləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Ç.Nuriyev saxlanılaraq istintaqa cəlb olunub.
Hadisənin ailə münaqişəsi zəmnində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib