Xırda oğurluq üstündə tutulmasını özünə bağışlamır...
Binəqədi rayonunun Biləcəri qəsəbəsində mağazaların birindən oğurluq olub. Market sahibi Rövşən Məhərrəmov 6-cı polis bölməsinə ərizə ilə müraciət edərək 2 nəfər şəxsin onun dükanına gəlib, hədə-qorxu ilə pul tələb etdiyini bildirib. Həmin şəxslərin mağazadan ərzaq məhsulları və danışıq kartları götürdüyünü deyib.
İstintaqla müəyyən olunub ki, hadisəni törədən Pünhan Mustafayev və Səməd Ələsgərov əvvəllər də məhkumluq həyatı yaşayıblar. Onların bundan başqa, rayon ərazisində daha bir nəçə cinayət hadisəsində iştrakı istisna olunmur. 30 yaşlı Səməd Ələsgərov xırda oğurluq epizoduna görə tutuldundan peşiman olduğunu dedi.
Baş əməliyyat müvəkkili Kənan Abışov APA TV-yə saxlanılan şəxslərin təkcə bir dükandan soyğunculuq yolu ilə 400 manatdan yuxarı mənfəət əldə etdiyini dedi. Bu şəxsləri görüb tanıyanlardan isə Binəqədi polisinə məlumat vermələrini xahiş etdi.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib