“BMW” 6 yaşlı oğlanı vurdu
Zaqatalada azyaşlını maşın vurub. Hadisə ötən gün axşam saatlarında Zaqatala-Danaçı yolunun Makov kəndindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayonu Makov kənd sakini Rəcəbov Yusif Rəcəb oğlu idarə etdiyi “BMW” markalı avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən qəfildən yolu keçmək istəyən həmin kəndin sakini, 6 yaşlı Qardaşov Ramazan Mamed oğlunu vurub. Qəza nəticəsində ağır kəllə-beyin xəsarətləri alan azyaşlı piyada Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, Ramazan Qardaşovun vəziyyəti ağırdır.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib