Toydan qayıdan sürücülər Ucarda qəza törətdi - DÖRD MAŞIN TOQQUŞDU
Ucar rayonu ərazisində iki yol nəqliyyat hadisəsi qeydə alınıb. Hər iki qəzaya toy mərasimindən dönən sürücülər səbəb olub. Qəzalardan biri Bakı-Qazax magistral yolunun 247-ci km-də, yolun Ucar rayonu ərazisində baş verib. Ağdam rayon sakini Nizaməddin Rzayevin idarə etdiyi "Hyundai" markalı avtomaşın Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Biri yük maşını olmaqla dörd avtomaşın toqquşub. Qəzada avtomaşınlar yararsız hala düşsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Digər qəza isə Ucarın Qazyan kəndi ərazisində qeydə alınıb. Rayonun Qaradağlı kənd sakini Əliyev Nəbi Kamal oğlunun idarə etdiyi "KİA" markalı minik avtomobili aşıb. Hadisə nəticəsində sərnişinlərdən biri bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib