Sürücünün meyiti AVTOMOBİLDƏ SIXILIB QALDI
Bakı-Şamaxı-Yevlax yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə oktyabrın 13-də yolun 133-cü kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb. Qobustan rayonu Ərəbşalbaş kənd sakini 1973-cü il təvəllüdlü Saatov Nəriman Ağaveyis oğlunun idarə etdiyi 50-CK-811 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb və sonra çökək əraziyə aşıb. Hadisə nəticəsində sürücü Nəriman Saatov ölübb. Maşında sıxılmış vəziyyətdə qalan sürücünün meyiti FHN-nin xilasediciləri tərəfindən xüsusi kəsici alətlər vasitəsilə çıxarılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib