Sabirabadda "QAZ-31" 40 QOYUNU ƏZİB KEÇDİ
Sabirabadda avtomobil magistral yolda qoyun sürüsünə çırpılıb, çoxlu sayda qoyun tələf olub. Oktyabrın 17-i saat 8.30 radələrində Qazıməmməd-Bəhrəmtəpə 10-cu kilometrliyində Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini Abbasov Mehman Malik oğlu idarə etdiyi "QAZ 31" markalı 10 HK 310 dövlət nömrə-nişanlı avtomobillə Şirvan istiqamətində gedərkən dumanlı havada yolu keçən qoyun sürüsünə çırpılıb. Nəticədə Sabirabad rayonunun Qaragüney kənd sakini İsrafilov Kirman Əfsər oğluna məxsus 40-a qədər qoyun tələf olub. Heyvan sahibinə külli miqdarda maddi ziyan dəyib.
APA TV-nin vəbərinə görə, faktla bağlı BDYP-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib