Bakıda məktəblini qətlə yetirən ŞƏXS TUTULDU
Bakının Nizami rayonunda yerləşən 10 saylı orta məktəbin həyətində şagird qətlə yetirilib.
Qan icində yerdə uzanan Famil Gülüşova ətrafdakılar kömək etməyiblər . Söhbətdə iştrak edən 14 saylı texniki peşə məktəbinin şagirdləri hadisə yerini tərk ediblər. Hadisə barədə polisə məktəbin inzibatçısı məlumat verib. Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsindən APA TV-yə verilən məlumata görə, artıq qətlə yetirilən Gülüşovun sinif yoldaşı həbs edilib. Hadisəyə səbəb Familin dərs prosesinə mane olması göstərilir. Ona sakit olmağı deyən sinif yoldaşına mərhum məktəbin həyətində söhbəti davam etdirməyi təklif edib. Hadisə ilə bağlı bölmədə texniki peşə məktəbinin 3 şagirdi dindirilib. Araşdırmanı Nizami rayon prokurorluğu aparır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib