ŞOK! "BMW" ikiyə bölündü, sürücü sağ qaldı
Cəlilabad rayonunda avtomobil qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 149-cu km-də, Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Cəlilabad rayonu Göytəpə qəsəbə sakini, 29 yaşlı Pərvin Həsən oğlu Sadıqov sükanı arxasında olduğu "BMW" markalı avtomobillə Astara istiqamətində gedərkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılaraq iki hissəyə bölünüb. Xoşbəxtlikdən sürücü dəhşətli qəzadan yüngül xəsarətlə xilas ola bilib. Ilkin ehtimala görə, qəzanın baş verməsinə səbəb yüksək sürət olub. Hazırda faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib