“Audi Q-7” ekskavatorla toqquşdu: 3 YARALI
Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində, Göyçay şəhəri ərazisində qeydə alınıb. Rayonun Çaxırlı kənd sakini 27 yaşlı Nurlan İsgəndərov idarə etdiyi “Audi Q-7” markalı minik maşını qarşı tərəfdən gələn, Göyçayın Kürd kənd sakini Rövşən Süleymanova məxsus “Ekskovator”la toqquşub. Hadisə nəticəsində “Audi Q-7”nin sürücüsü Nurlan İsgəndərov və sərnişinləri - Camal Səlimov, Tahirə Səlimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib