Məcburi köçkün gənc arvadını öldürdü
Bakıda məcburi köçkün həyat yoldaşını qətlə yetirib. Binəqədi Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə Novxanı qəsəbəsindəki "Şəfəq" pansionatında qeydə alınıb. Şuşa şəhərindən olan məcburi köçkün, 1977-ci il təvəllüdlü Nəsib Qurban oğlu Hüseynov həyat yoldaşı, 1986-cı il təvəllüdlü Aygünü bıçaqlayaraq qətlə yetirib. Təqsirləndirilən şəxsin dediyinə görə, həyat yoldaşı onu qısqanırmış. Gecə evə gələn Nəsib evə catan kimi həyat yoldaşı onunla mübahisə etməyə başlayıb.
İstintaq hesab edir ki, təqsirləndirilən şəxsin verdiyi ifadə həqiqətdən çox özünümüdafiə xarekterlidir. Hadisənin əsl səbəbi aparılan araşdırmaların sonunda vbəlli olacaq.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib