Yazıçıdan Rusiyaya xəbərdarlıq-AZƏRBAYCANLA BAĞLI
“Əgər Orxan Zeynalovu adi məişət cinayəti törətmiş bir şəxs kimi həbs etsəydilər, Bakıda heç kimin eyninə olmazdı. Lakin onu əlində bıçaq, kinli azərbaycanlı miqrant simvoluna çevirdilər”.
APA TV-nin xəbərinə görə, bu fikirləri Vesti.az saytına müsahibəsində tanınmış israilli yazıçı, jurnalist İsrael Şamir deyib.
Yazıçının fikrincə, Azərbaycanla münasibətləri korlamaq Rusiyaya lazım deyil. SİTAT – Mən erməni diasporunun antiazərbaycan isterikası qoparması kimi konspiroloji versiyanı müzakirə etmək istəmirəm. Baş verən hadisə bəlkə də ermənilərə sərf edir. Lakin yüz faiz əminəm, həm Rusiyada mövcud olan böyük və nüfuzlu Azərbaycan diasporu ilə, həm də Cənubi Qafqazın ən inkişaf etmiş və zəngin dövləti olan Azərbaycanla münasibətləri korlamaqla, Moskva ikiqat uduzacaq.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib