Xaçmazda yanğın - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR
Oktyabrın 26-ı axşam saatlarında Xaçmaz rayonunun, Muxtadır qəsəbəsində yanğın baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, ümumi sahəsi 1500 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 1400 kv.m sahədə yanıb. Anbarda olan 22000 ton ot bağlaması da külə dönüb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşın cəlb olunub.
Tövlənin qalan hissəsi və yaxınlıqdakı digər anbarlar yanğından mühafizə olunub. Yanğın səhər saat 07.00 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib