Moskvada ermənilərdən ibarət cinayətkar qruplaşma zərərsizləşdirildi!
Moskvada maşınların nömrəsini oğurlayan ermənilərdən ibarət mütəşəkkil cinayətkar qruplaşma zərərsizləşdirilib. APA TV-nin məlumatına görə, dəstə üzvləri maşınların nömrəsini oğurladıqdan sahibindən 2000 rubl pul tələb edirmiş. Pul ödənmədiyi təqdirdə nömrə məhv edilir və maşın sahibi məcbur qalaraq daha baha qiymət ödəyərək yeni nömrə almağa məcbur qalır. Hüquq-mühafizə orqanlarının əməkdaşları “Volvo XC90” markalı maşının sahibinin müraciəti əsasında nömrələri oğurlayan qrupun izinə düşüb və şübhəli şəxs qismində 7 nəfər saxlayıblar. Dəstənin rəhbəri və saxlanan şəxslərin üçü Ermənistan vətəndaşıdır. Onlar oğurluq edilmiş ərazinin yaxınlığındakı evdə yaxalanıblar. Saxlanan şəxslərin Rusiyada qeydiyyatsız yaşadığı müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib