Bank Of Baku

Zaqatalada 32 yaşlı oğlan BIÇAQLANDI

# 12:41
29 oktyabr 2013

Zaqatalada bıçaqlanma hadisəsi qeydə alınıb. Mərkəzi Rayon  Xəstəxanasından APA TV-yə verilən məlumata görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Hacıyev Rəhman Xalid oğlu döş qəfəsinin sağ tərəfinin onuncu qabırğası nahiyyəsindən kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya gətirilib.

 

Əməliyyatdan sonra zərərçəkən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onu vəziyyəti orta-ağır hesab olunur.

 

Zaqatala Rayon Polis Şöbəsindən APA TV-yə bildiriblər ki, faktla bağlı cinayət işi açılıb. Polis Rəhman Hacıyevi bıçaqlayan şəxsi axtarır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR