Moskvada azərbaycanlı RUSUN GÖZÜNƏ BIÇAQ ÇƏKİB
Moskvada içkili vəziyyətdə olan Azərbaycan vətəndaşı ilə yerli sakin arasında mübahisə sonuncunun xəsarət alması ilə nəticələnib. Andropov prospektində baş verən mübahisənin gedişində 42 yaşlı azərbaycanlı bıçaqla Andrey Şevçenko adlı şəxsin göz nahiyəsinə zərbə endirib. Hadisə yerinə təcili yardım maşını çağırılıb, yaralı xəstəxanaya çatdırılıb. Həkimlər yaralıya sol göz bəbəyinin deşilməsi diaqnozu qoyublar. Hadisə yerindən qaçan azərbaycanlının şəxsiyyəti müəyyənləşib, onun Lənkəran Bəhram Aydın oğlu İsmayılov olduğu bildirilir. Soydaşımızı isti izlərlə tutmaq mümkün olub. Faktla bağlı araşdırma aparılır. Şahidlərin sözlərinə görə, hadisə azərbaycanlının qızlara sataşması nəticəsində baş verib.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib