Mağazada tərəvəz əvəzinə NARKOTİK SATIŞI!
Qaxda narkotik satan şəxs tutulub. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövrüyyəsilə məşğul olan Qax şəhər sakini saxlanılıb. Bazar ətrafında keçirilən əməliyyat tədbiri zamanı şəhər sakini Həsilov Elçin Murad oğlununun işlətdiyi tərəvəz malları mağazasından gümüşü kağız və sellofan bükümlərdə narkotik vasitə aşkarlanıb.
Qax RPŞ-nin müstəntiqi Ramil Mabudovun verdiyi məlumata görə, ümumi çəkisi 46.54 qram narkotik vasitənin sahibi Elçin Həsilov eyni cinayəti törətdiyi üçün əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı Qax RPŞ-də CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib