Səyyar "ASAN xidmət" Ucar və Zərdabda
Səyyar "ASAN xidmət"i bu dəfə Ucar və Zərdab rayonlarının əhalisinə xidmət göstərəcək. APA TV-nin xəbərinə görə, noyabrın 6-a kimi səyyar şəkildə göstəriləcək xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
"ASAN" xidmət mərkəzinin mətbuat katibi Anar Hüseynovun sözlərinə görə, indiyədək 30 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib.
Noyabrın 6-na qədər Ucar və Zərdabda olacaq səyyar "ASAN" mərkəzinin işçi heyəti 145 mindən çox əhalinin problemini həll etməyə çalışacaq.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib