Gələn il Azərbaycanda nəhəng körpü istifadəyə veriləcək
Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələr həyata keçirilməkdədir. Belə tikintilərdən birini Avro-Asiya İnşaat Korporasiyası həyata keçirir. Salyan şəhəri ərazisində tikintisi aparılan körpü ölkənin Cənub-Qərb istiqamətində, yeni 4 zolaqlı yolun Kür çayı ilə kəsişdiyi yerdə tikilir.
Layihənin məsləhətçisi Almaniyanın “Koks" şirkətidir. Tikinti Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. Sifarişçi isə Azərbaycan Nəqliyyat Nazirliyidir.
APA TV-nin xəbərinə görə, tikintiyə 2011-ci il fevral ayında start verilib. Dəmir-beton monolitli körpünün tikintisinin gələn ilin aprel ayında başa çatması gözlənilir.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib