“Mersedes” piyadanı VURUB ÖLDÜRDÜ
Şirvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb. APA TV-nin yerli bürosuna polis şöbəsindən verilən məlumata görə, Şirvan şəhərinin Heydər Əliyev prospektində yolu keçən piyada - Şirvan sakini 47 yaşlı Həsənov Müslüm Səidxan oğlunu Şirvan sakini, 29 yaşlı Mustafayev Seymur Ələsgər oğlu idarə etdiyi “Meredes” markalı avtomobillə vurub. Piyada hadisə yerində ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzinə aparılıb.
Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Mahir Məmmədli, Əlibəy Zeynallı, Amid Cavadov - APA TV, Şirvan
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib