Zaqatalada oğul ögey ANASINI BIÇAQLADI
Zaqatala rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Mövlüd Əlibəy oğlu İbrahimov ögey anası, 1974-cü il təvəllüdlü Aygün Qurban qızı Ağaməmmədovanı bıçaqlayıb. M. İbrahimov hadisəni törədəndən sonra qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən M. İbrahimov tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib