Müdafiə nazirinin daha bir müavini getdi
Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov ordu sıralarından tərxis olunmaq üçün raport yazıb. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Nazir müavininin raportu ötən həftə yazdığı bildirilir. Raportla bağlı müvafiq qərarın yaxın vaxtlarda qəbulu gözlənilir. Bundan başqa, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev də Silahlı Qüvvələrdən tərxis olunması barədə raport yazıb. APA-nın xəbərinə görə, Teymur Abdullayev raportda müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan Silahlı Qüvvələrdən tərxis olunmasını xahiş edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra vəzifəli şəxslərdən 5 nəfər raport yazaraq işdən azad olunub.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib