Meteohəssas insanlara xəbərdarlıq! - HAVA ƏLVERİŞSİZ OLACAQ
Noyabrın 8-də və 9-da metreloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişsiz olacaq. Baş hidroloq Asif Verdiyev APA TV-yə deyib ki, Bakıda və Abşeron yarmadasında ayın 8-də günün birinci yarısında hava şəraiti dəyişkən buludlu və əsasən yağmursuz olacaq: "Ayın 8-də gündüz cənub-qərb küləyi artıq şimal-şərq küləyi ilə əvəz olunacaq və axşama doğru eyni zamanda 8-dən 9-na keçən gecə və səhər şimal qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 9-da artıq axşama doğru şimal-qərb küləyi mülayimləşəcək. Havanın temperaturunun ayın 8-də günün birinci yarısında 20-25 dərəcə, ayın 9-da isə 13-17 dərəcə isti olacağı gözlənilir".
Bölgələrdə ayın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, gecə və səhər bəzi yerlərdə duman və çisgin müşahidə ediləcəyi gözlənilir. Axşama doğru qərb rayonlarından başlayaraq, hava şəraiti dəyişəcək.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib