Gədəbəydə sürücü qohumunu maşınla vurdu
Gədəbəydə piyadanın vurulması ilə nəticələn ağır yol qəzası baş verib. Gədəbəy Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Gərgər kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 26 yaşlı Hafiz Məmmədov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə kənd ərazisində hərəkədə olarkən yol keçmək istəyən qohumu 44 yaşlı Müsaməddin Nağıyevi vurub. Piyada Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə huşsuz halda gətirilib. Xəstəxanadan bildirilib ki, onun vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib