Bakıda aşan "Mercedes" elektrik paylayıcısını sıradan çıxardı
Bakı - Zabrat - Pirşağı magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Səhər saatlarında 1994-cü il təvəllüdlü Əlivev Məhəmməd Rasim oğlu idarə etdiyi "Mercedes" markalı avtomobildə idarəetməni itirib və yolun kənarındakı elektrik paylayıcıya dəyib. Nəticədə avtomobil aşıb, elektrik paylayıcını sıradan çıxarıb. Hadisə nəticəsində Məhəmməd Əliyev xəsarət alıb. O, Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
İlkin ehtimala görə, hadisə səbəb yüksək sürət olub. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib