60 yaşlı QADIN ÇAYDA BOĞULDU
Zaqatalada 60 yaşlı qadın çayda boğulub. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA TV-yə verilən məlumata görə, rayonun 1 nömrəli fındıqçılıq sovxozunda yaşayan, 1953-ci il təvəllüdlü Xasiyeva Elminaz Feyzullah qızının meyiti yaxın qohumları tərəfindən xəstəxanaya gətirilib. Araşdırma zamanı məlum olub ki, Elminaz Xasıyeva yaşadığı evin yaxınlığından axan çaya yıxılaraq boğulub. Xəstəxanadan APA TV-yə bildirilib ki, Elminaz Xasiyeva son zamanlar epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib