Tovuzda avtomobillə vurulan iki azyaşlıdan biri öldü
Tovuz rayonunun Əyyublu kəndində iki azyaşlı piyadanı maşın vurub. Baş Dövlət Yol Polisi İdarəindən APA TV-nın qərb bürosuna verilən məlumata görə, Əyyublu kənd sakini, 61 yaşlı Nizami Ələkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolla hərəkət edən kənd sakinləri, 12 yaşlı Aygün Cəfərovanı və 11 yaşlı İlqar Yusbovu vurub. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən azyaşlılardan biri İ. Yusibov dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib