Bank Of Baku

Texniki baxışdan keçməyən avtomobilləri radar tapacaq

# 11:10
22 aprel 2017

Azərbaycanda texniki baxışdan keçməyən avtomobillər radar vasitəsilə müəyyən ediləcək və sürücülər cərimə olunacaqlar.

 

APA TV-nin xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bununla bağlı təkliflər hazırlanaraq Milli Məclisə göndərilib. Yaxın günlərdə təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.

 

Ekspert Ərşad Hüseynov dəyişikliklərin mahiyyətinə belə aydınlıq gətirib: "Avtomobil yolda olarkən mərkəzi informasiya sistemində görəcəklər ki, həmin avtomobil texniki baxışdan keçirilməyib, lakin sürülür. Dərhal həmin sürücü barədə elektron qaydada protokol tərtib ediləcək, göndəriləcək evinə".

 

Təyin olunmuş müddət ərzində texniki baxışdan keçməyən nəqliyyat vasitəsi müşahidə kameraları vasitəsilə aşkar ediləcək və yazılan protokola əsasən 10 gün ərzində Yol-Patrul Xidmətinin əməkdaşı həmin avtomobili saxlayıb sürücüyə cərimə yazacaq: "Hazırda texniki baxışdan keçmə 70-80% civarındadır. Bu qəbul olunsa, 90%-i keçəcək. Çünki sürücülər görəcəklər ki, texniki baxış olmadan avtomobili sürmək olmur".

 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, qanuna dəyişiklik təklifi Milli Məclis tərəfindən qəbul olunarsa, nasaz avtomobillərin istismarı nəticəsində baş verən yol qəzalarının sayı xeyli azalacaq.

 

Hazırda texniki baxışdan keçmək üçün dövlət rüsumu 20 manatdır. Texniki baxışdan keçməməyə görə cərimə isə 50 manatdır və cərimə yazılandan sonrakı 10 gün ərzində də avtomobil texniki baxışdan keçmədikdə, sürücü bir daha 50 manat cərimə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR