Yük maşını “VAZ 2106”nı əzdi, sürücü hadisə yerində öldü
Qubada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nın şimal bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun162-ci km-də, Quba rayonun İqrıq kəndi ərazisində qeydə alınıb. “MAN” markalı yük maşını ilə “VAZ 2106” markalı minik maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü Elnur Əzizov aldığı xəsarətdən hadisə yerində keçinib. Yük avtomobilinin sürücüsü Dadaş Şeydadayev heç bir xəsarət almayıb.
Faktla bağlı Baş Dövlət Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat idarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib