Məşhur incəsənət xadimi anıldı
Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi Gülarə Əliyevanın 80 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ombudsman Elmira Süleymanova, ədliyyə naziri Fikrət Məmmədov və başqa dövlət rəsmiləri iştirak ediblər. Əbülfəs Qarayev jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Gülarə Əliyevanın xatirəsinə həsr olunan kitab artıq çapa hazırlanır.
Anım mərasimində çıxış edən millət vəkili Rafael Hüseynov Gülarə Əliyeva haqqında fikirlərini bildirib, xatirələrini danışıb. Xatirə gecəsində “Dan ulduzu” ansamblının müşayiəti ilə müxtəlif musiqi əsərləri ifa edilib.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib