"Azərbaycan teatrı - 140"
Azərbaycan teatrının 140 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər davam edir. Noyabrın 27-də Muzey Mərkəzində "Azərbaycan teatrı-140" mövzusunda elmi-praktik konfransı keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Memarlıq və İncəsənət İstitutu, Teatr Xadimləri İttifaqı və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanda teatrın tarixi, mövcud vəziyyəti, problemləri və perspektivlərindən danışıldı. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev teatr sənətinin inkişaf konsepsiyası, çağdaş teatrımızın problemlərindən söhbət açdı, bu sənətin inkişafı etdirilməsi üçün təkliflər irəli sürdü. Sənətşünas, professor Ərtegin Salamzadə, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovun mövzu ilə bağlı çıxışlarından sonra milli teatr tarixinə həsr olunmuş videoçarx nümayiş olundu.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib