Bank Of Baku

BAKIDA QULDURLUQ EDƏN üç nəfər həbs olundu

# 15:42
28 noyabr 2013

Bakıda quldurluq edən 3 nəfər tutulub. Füzuli rayonundan Bakıya gələn üç dost  özlərinə asan qazanc yolu tapıb. Şəhərdə kafelərin birində yeyib-içərkən onlardan Ruslan Səfərov asan pul qazanmağın yolunu təklif edib. İçkili vəziyyətdə olan dostlar gecə saatlarında qarşılarına çıxan şəxsi taxta ilə hədələyərək pulunu və 2 ədəd mobil telefonunu alaraq qaçıblar.

 

Saxlanılan Şamxal Məmmədov Bakıya iş tapmağa gəldiklərini deyib.

 

Nərimanov Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinənlər - əvvəllər məhkum olunmuş Ruslan Səfərov,  Şamxal Məmmədov və İlkin Eyvazov tutulublar. APA TV-nin xəbərinə görə, Hazırda həmin şəxslərin digər cinayətlərdə iştirakını olub olmadığı araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR