Bank Of Baku

Hacıqabulda yük maşını körpüyə ilişdi, 6 KM UZUNLUĞUNDA TIXAC yarandı

# 11:08
30 noyabr 2013

Hacıqabul-Bəhrəmtəpə yolunda yaranmış tıxac gecə saatlarında aradan qalxıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 29-u axşam saatlarından başlayaraq, Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci km-də Kür çayı üzərində yerləşən körpüdə avtomobillərin hərəkətində yaranmış məhdudiyyət 4 saat çəkib. 

 

Noyabrın 29-da axşam saatlarında ağır tonnajlı avtomobilin yükünün körpüyə ilişməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkətində ciddi problem yarandığından minlərlə avtomobil tıxacda qalıb. Yolun hər iki istiqamətində tıxacın uzunluğu təxminən 5-6 kilometrə qədər uzanıb.

 

Kür çayı üzərindəki körpüyə paralel yeni körpüdə aparılan inşaat və son tamamlama işləri də avtomobillərin hərəkətinə mane olub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR