Bakı sakini sərxoş halda QUYUYA DÜŞDÜ
Bakının Qala qəsəbəsinin sakini hərbi şəhərçisiyin yaxınlığındakı qazılan dərəyə düşüb. Ətrafda yaşanlar dərəyə düşən Qala sakinini xilas etmək üçün tədbirlər görüblər. Məlum olub ki, dərəyə düşən şəxs sərxoş vəziyyətindədir. Həmin şəxs xəsarət aldığından təcili yardım stansiyasına məlumat verilərək kömək istənilib. Sakinlər APA TV-yə bildiriblər ki, bir neçə həftə öncə tikinti məqsədi ilə qazılan dərəyə heç bir təhlükəsizlik səddi çəkilməyib. Bu da xüsusilə günün qaranlıq vaxtlarında piyadalar üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olub.
Dərəyə düşən Qala sakini 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib