Bir ailənin 4 ÜZVÜ QƏZADA YARALANDI
Bu gün gecə saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Dövlət sərhəddi yolununun 149-cu km-də qeydə alınıb. Quba şəhər sakini, 1968-ci il təvəllüdlü Yusifov Vidadi Yusif oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü, onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Yusifova Zəminə Adil qızı, övladları - 2001-ci il təvəllüdlü Eltac və 2002-ci il təvəllüdlü Samir müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onların vəziyyətinin orta ağır olduğunu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib