Lənkəranda yanğın baş verib
Lənkəranda yanğın hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən axşam rayonun Boladi kənd sakini Baxşəli Lətif oğlu Axundova məxsus tövlədə qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin və onun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan tövlənin 70 kvadratmetrlik ərazisi və 600 ədəd ot bağlaması yanaraq külə dönüb. Yanğının başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib