Bərdədə 4 yaşlı uşaq yol qəzasında öldü
Bərdədə baş vermiş yol qəzası nəticəsində 4 yaşlı uşaq ölüb. APA TV-nin məlumatına görə, hadisə Yevlax Ağdam yolunun 30-cu kilometrliyində, Bərdə rayonunun Əliyanlı kəndindən keçən hissəsində baş verib. Bərdə rayon sakini Ceyhun İbrahimovun idarə etdiyi "Mercedes"lə Ağdam rayon Güllücə kənd sakini 61 yaşlı Məhərrəm Məhərrəmovun idarə etdiyi "Jiquli" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "Jiquli"də olan sərnişin, 4 yaşlı Nişanə Məmmədova aldığı xəsarətlərlə Bərdə mərkəzi rayon xəstəxanasında dünyasını dəyişib. Qəzada daha beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib