Bərdə PAMBIQ ZAVODUNDA YANĞIN
Bərdədə pambıq zavodunda yanğın hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin “MKT-Bərdə” filialında qeydə alınıb. Əsasən xam pambıq tədarükü ilə məşğul olan müəssisədə iki pambıq tayası alışıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları cəlb olunub. Ağdam, Bərdə, Yevlax və Tərtər rayonlarından gələn yanğınsöndürənlərin birgə səyi nəticəsində alovun qarşısı alınsa da, müəssisəyə xeyli zərər dəyib.
Təhlükəsizlik məqsədilə KİV nümayəndələri hadisə yerinə buraxılmayıb. Yanğının səbəbləri araşdırılır və dəymiş zərər hesablanır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib