“RİA Novosti” Agentliyi ləğv olundu
Rusiya prezidenti Vladimir Putin “RİA Novosti” informasiya agentliyinin ləğv olunması haqqında sərəncam imzalayıb.
APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, prezidentin sərəncamına əsasən, “RİA Novosti” informasiya agentliyi ləğv olunaraq onun bazasında “Rossiya seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır.
Sərəncamda yeni yaradılacaq informasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaq olduğu yazılıb. “Rossiya seqodnya”nın baş direktoru Rusiya prezidenti tərəfindən vəzifəyə təyin olunacaq. Agentliyin binası hazırda “RİA Novosti”nin yerləşdiyi bina kompleksi olacaq.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib