"Xalqa bağışlanan ömür"
Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş "Xalqa bağışlanan ömür" filmi təqdim olunub. APA TV-nin xəbərinə görə, təqdimat mərasimində Ombudsman Elmira Süleymanova, Milli Məclisin üzvləri, ictimaiyyət və mədəniyyət xadimləri iştirak edib. Tədbirdə çıxış edənlər Heydər Əliyevin ömür yolundan, fəaliyyətindən geniş söhbət açıblar.
Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin çəkdiyi filmdə ümummilli liderin rəhbərlik etdiyi illər ərzində apardığı ardıcıl və məqsədyönlü siyasəti, mədəniyyətimizin inkişafı, yüksəlməsi istiqamətində misilsiz xidmətlərindən, əvəzsiz rolundan bəhs edilir.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib