Bir ailənin 3 üzvü DƏM QAZINDAN ZƏHƏRLƏNİB
Xaçmazda bir ailə dəm qazından zəhərlənib. Xaçmaz rayonunda bir ailə dəm qazından zəhərlənib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, rayonun Mürşüdoba kənd sakinləri 1977-ci il təvəllüdlü Həmidov İlham Xanbaba oğlu, həyat yoldaşı 1984-cü il təvəllüdlü Həmidova Alidə Ramiz qızı və 2004-cü il təvəllüdlü Xədicə dəm qazından zəhərləniblər. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkim Lətif Abbasov deyib ki, diaqnozaları dəm qazından boğulmadır. Xəstələr reanimasiya şöbəsinə yerləşdirilib. Görülmüş tədbirlər nəticəsində xəstələrin vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib